2024-cü il ərzində Azərbaycanda 1 milyon 196,8 min ton çörək istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə çörək istehsalı əvvəlki illə müqayisədə 1043,1 ton (0,1%) artıb.
Belə ki, 2023-cü ildə ölkədə 1 milyon 195,8 ton çörək istehsal edilmişdi.
Qeyd edək ki, ümumi çörəklərin 793,1 min tonu əmtəəlik məhsul olub ki, bu da 2023-cü illə müqayisədə 5 min 531,1 ton (0,7%) çoxdur. Bunun da 792,7 mini satılmaq üçün göndərilmiş çörəklər olub. Hesabat dövrünün sonuna qalıq çörəklərin miqdarı 406,1 ton olub.