Gəncə şəhərində 2024-cü ildə ictimai iaşə dövriyyəsinin həcmi 48 milyon 775,0 min manat təşkil edib.
FED.az bu barədə Gəncə Şəhər Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artıb.
Dövriyyənin 47 milyon 850,3 min manatı fiziki şəxslərin hesabına təmin olunub.
2024-cü ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,9 faiz artaraq 496 milyon 547,2 min manat təşkil edib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 138 milyon 444,4 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 27,9 faizini təşkil edib. Ödənişli xidmətlərin 15,7 faizi dövlət, 84,3 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub.