2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 3 924,4 ton çay istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 542,8 ton və ya 16,1% artıb.
Ötən ilin yanvar-aprel aylarında 3,381,6 ton çay istehsal edilmişdi.
2024-cü ilin may ayının 1-nə hazır məhsul istehsalı 79,7 ton təşkil edib.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,9 ton və ya 17,6% çoxdur.
2023-cü ilin may ayının 1-nə hazır məhsul istehsalı 67,8 ton təşkil edib.