2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1.9 faiz azalaraq 722.3 manat təşkil edib.
Eləcə də bax: 13 il qulluq stajı olanlar dövlət qulluqçusu kimi - Pensiyaya Çıxa Biləcək
Əməkhaqqı neft-qaz sektorunda 3 209.2 manat, qeyri neft-qaz sektorunda 670.6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 629.3 manat, özəl müəssisələrdə isə 836.2 manat olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Azərbaycanda mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 3 167.5 manat, bu sahə üzrə dövlət sektorunda 1 631.6 manat, özəl sektorda isə 4 099.6 manat təşkil edir.