Dövlət orqanının əsasında Azərbaycan Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif olunur.
Eləcə də bax: "Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 111% təşkil edib"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Əmək pensiyaları haqqında” və “Dövlət qulluğu haqqında” qanunlara təklif edilən dəyişikliklərdə bildirilir.
Belə ki, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.
Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.