2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda duz istehsalı ötən illə müqayisədə 124,6 dəfə artıb.
Fed.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 7 ayında ölkədə istehsal edilən duzun həcmi 35 565,3 ton olub. Bunun ancaq 2 325,9 tonu əmtəə kimi istifadə edilib.
Halbuki, ötən il hasil edilən duzun hamısı əmtəəlik olub. Qeyd eədk ki, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda  cəmi 285,5 ton duz hasil edilib.  
Azərbaycanda bu məhsulun istehsalı 124 dəfə artıb
 
                            
                            
                        
                            21:38
                            22 Avq 2018
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








