Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 2100,9 min dekalitr pivə istehsal edilib.
Eləcə də bax: Heyvandarlıq məhsulları istehsalı - 2,8% ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2021-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan pivənin həcmi 18,4% azalıb.
Cari ilin avqustun 1-nə ölkədə pivə üzrə hazır məhsul ehtiyatı 185,4 min dekalitr təşkil edib ki, bu da illik ifadədə 48,4 min dekalitr və ya 20,7% azdır. (Apa)