Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ümumi dəyəri 8 milyon 536 min ABŞ dolları dəyərində 1 232.09 ton çay ixrac edib.
Eləcə də bax: Xərclənən pul artır, alınan ət isə azalır – İdxal Bahalaşır
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin 11 ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 0,5% artıb, həcmi isə 9,3% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,07%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 49 milyon 633 min dollar dəyərində 12 264.34 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 1,3% artıb, həcmi isə 2,2% azalıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,51% təşkil edib.
Göründüyü kimi, cari ilin 11 ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfəyədək üstələyib. (APA)