2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3623 ədəd minik avtomobili, 394 ədəd isə yük avtomobili istehsal edilib.
Azərbaycanda 9 ayda illik inflyasiya 3,5% olub
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 71.7%, yük avtomobili istehsalı isə 0.8% artıb.
Qeyd edək ki, cari ilin oktyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 590 ədəd minik, 47 ədəd isə yük avtomobili təşkil edib.
Xatırladaq ki, bu dövrdə ölkədə 461 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.8% azdır. (Apa)