Ötən il Azərbaycanda yanacaq istehlakçıları 3 063,4 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Azərbaycanda əhalinin 5,6 faizi taksi xidmətindən - İSTİFADƏ EDİB
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, 2022-ci il ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,1 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,2 faiz gəlir əldə edilib.