Azərbaycanda bank müştərilərinin sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında bank müştərilərinin sayı 13 832 763 nəfər olub.
Bu da illik müqayisədə 692 233 nəfər, yaxud 5,3%, aylıq müqayisədə 60 119 nəfər, yaxud 0,4% artım deməkdir.
Belə ki, 2022-ci ilin yanvar-may aylarında bank müştərilərinin sayı 13 140 530 nəfər, cari ilin yanvar-aprel aylarında 13 772 644 nəfər olub.