Azərbaycanda keçən ilin aprel ayının sonu ilə müqayisədə bank müştərilərinin sayında artım qeydə alınıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, son bir ildə bank müştərilənin sayı 5,8% yaxud 746 min artaraq 13 milyon 630 min təşkil edib.
Lakin aylıq müqayisədə 0,5 faizlik yəni 70 401 nəfər azalma müşahidə edilir.
Müştərilərin 13 milyon 490 min nəfəri fiziki şəxslər, ondan 658 min nəfəri sahibkarlıqla məşğul olanlardır. 140 min isə hüquqi şəxslərdir.
Fiziki şəxslərin sayında faiz ifadəsi ilə illik müqayisədə 5,7%-lik artım, aylıq müqayisədə 0,5%-lik azalma, say ifadəsi ilə illik müqayisədə 732 min nəfərlik artım, aylıq müqayisədə 69 min nəfərlik azalma qeydə alınıb. Onlardan sahibkarlıqa məşğul olanlarda faiz ifadəsi ilə illik müqayisədə 19,6%-lik, aylıq 0,2%-lik artım, say hesabı ilə illik müqayisədə 108 min nəfərlik, aylıq müqayisədə 1 479 nəfərlik artım müşahidə olunub.
Hüquqi şəxslərin sayı faiz ifadəsi illədə illik müqayisədə 11,8% artsa da, aylıq müqayisədə 0,8 azalıb, say hesabı ilə illik 14 min 214 şirkət artıb, aylıq 1 200 şirkət azalıb.