2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 079,9 min ton avtomobil benzini istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə avtomobil benzininin istehsalı 173,2 min ton və ya 19,1% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 906,7 min ton təşkil edib.
2023-cü ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 43,2 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 2,6 min ton yaxud 6,4% çoxdur.
2022-ci ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 40,6 min ton olub.