2024-cü il yanvar ayının 1-nə Azərbaycanda 597 min 336 arı ailəsi mövcud olub.
Xaricdən alınan bal cüzi bahalaşıb - QİYMƏT
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə arı ailələrinin sayı 8.4% və ya 54.8 min azalıb.
Qeyd edək ki, ən çox arı ailəsi Kəlbəcər (41 234), Zaqatala (34 414), Balakən (30 884), Qax (30 823) rayonlarında yerləşir.
Əlavə edək ki, hesabat dövründə Azərbaycanda mövcud olan arı ailələrinin 3314-ü kənd təsərrüfatı ilə məşğul olan müəssisələrdə, 499-u isə fərdi sahibkarlıq təsərrüfatlarında, 593 min 523-ü isə ailə və ev təsərrüfatlarında olub. (Apa)