Azərbaycanda üzüm şərabı istehsalı 2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 448,8 min dekalitr (dkl) təşkil edib.
Eləcə də bax: Azərbaycan şərabçılıq üzrə beynəlxalq mükafata - LAYİQ GÖRÜLÜB
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 01.11.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 1 milyon 47,4 dekalitr olub. Bu, 2021-ci ilin 10 ayındakı istehsaldan 2,3 dəfə çoxdur.
Əvvəlki ilin müvafiq dövrünə nisbətən pivə istehsalı 11,4% azalaraq 4 milyon 263,1 min dekalitrə, araq istehsalı 14,6% azalaraq 1 milyon 176,7 min dekalitrə, brendi (konyak) istehsalı isə 4,7% azalaraq 20,2 min dekalitrə düşüb.
(Marja)