2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 384,2 min ton ağ neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə ağ neftin istehsalı 26,8 min ton və ya 7,5% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 357,4 min ton təşkil edib.
2023-cü ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 42,1 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 31,4 min ton yaxud 293,5% (3,9 dəfə) çoxdur.
2022-ci ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 10,7 min ton olub.