2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 85,7 min ton ağ neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ağ neft istehsalı 7,5% və ya 6,9 min ton azalıb.
2022-ci ilin yanvar fevral-aylarında bu göstərici 92,6 min ton təşkil edib.
01.03.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 33,7 min ton təşkil edib.