2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 221,9 min ton ağ neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə ağ neftin istehsalı 22,8 min ton və ya 11,5 % artıb.
2022-ci ilin yanvar-may aylarında bu göstərici 199,1 min ton təşkil edib.
2023-cü ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 22,7 min ton təşkil edib. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 13,6 min ton yaxud 11,5% (1,1 dəfə) çoxdur.
2022-ci ilin 1 may tarixinə hazır məhsul ehtiyatı 9,1 min ton olub.