Yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 4 milyard 985,5 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən 1,1% çoxdur.
Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 49,1% faizi ərzaq məhsullarının alınmasına sərf olunub. Bu, ərzaq xərclərinin ümumi pərakəndə ticarətin yarısına yaxın olduğunu göstərir.
Təkcə fevral ayı ərzində əhali 2 milyard 385,0 milyon manatlıq ərzaq məhsulları alıb











