2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq məhsul satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satışın 5,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 4,6 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6% artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satış 1,2%, qeyri-ərzaq malları üzrə isə 6,5% artım göstərib.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,4%-i ərzaq məhsullarına, 5,0%-i içkilər və tütün məmulatlarına, 14,6%-i toxuculuq məhsulları, geyim və ayaqqabılara yönəlib. Bundan başqa, xərclərin 5,8%-i avtomobil benzini və dizel yanacağına, 4,6%-i elektrik malları və mebellərə, 2,9%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,6%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 16,1%-i isə digər qeyri-ərzaq mallarına sərf olunub.
Bu dövrdə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manat xərcləyib. Bunun 267,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 224,4 manatı isə qeyri-ərzaq mallarına yönəlib.












