2023-сü ilin yanvar-iyul aylarında 1866 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 656 ədəd çox (54,2%) minik avtomobili istehsal olunub (yığılıb).
Pərakəndə kompüter satışları 15 faizdən çox - ARTIB
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 01.08.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 634 ədəd təşkil edib.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 49,2 faiz artaraq 452 ədəd, yük avtomobillərinin istehsalı isə 23,6% aratraq 204 ədəd təşkil edib. 01.08.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı traktorlar üzrə 12 ədəd, yük avtomobilləri üzrə 9 ədəd təşkil edib.
Xatırladaq ki, 2023-сü ilin yanvar-iyun aylarında Azərbaycanda 1744 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 687 ədəd (65%) çox minik avtomobili istehsal olunmuşdu. 01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 670 ədəd təşkil etmişdi. (Marja)