Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 327,1 milyon manat xərclənib.
Azərbaycanda əhalinin pullarını daha çox nəyə xərclədiyi - MƏLUM OLUB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 15,3 faiz və ya 43,5 milyon manat çoxdur.
Cari ilin iyul satışlarının dəyəri isə iyun göstəricisi ilə müqayisədə 900 min manat və ya 1,7 faiz artaraq 53,9 milyon manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk yeddi ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,1 faizi kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. (vergilər.az)