Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 mln. manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib.
Eləcə də bax: Azərbaycanda ərzaq 10%-dən çox bahalaşıb - İLLİK RƏQƏMLƏR AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.
Qeyd olunur ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,7%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 8% azalıb. İstifadə olunmuş vəsaitin 6 407,2 mln. manatı və ya 67%-i məhsul istehsalı sahələrinə, 2 425,8 mln. manatı (25,4%-i) xidmət sahələrinə, 727,2 mln. manatı (7,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 303,6 milyon manatını və ya 65,9%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 388,8 mln. manatı və ya 66,8%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,9%, büdcə vəsaitləri 22,3%, sair vəsaitlər 7,4%, əhalinin şəxsi vəsaitləri 7,1%, bank kreditləri isə 6,3% təşkil edib.