Bu ilin yanvar-avqust aylarında Azərbaycana 11,979 mln. ABŞ dolları dəyərində 5 095,49 ton dəniz məhsulları idxal edilib.
Eləcə də bax: Azərbaycanda kolbasa istehsalı kəskin artıb - RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, cari ilin ilk səkkiz ayında ölkəyə 68 kateqoriya üzrə idxal olunan dəniz məhsullarından ən çox dondurulmuş şimal və cənub putassusu olub – 2,382 mln. dollar dəyərində 999,77 ton. Bu növ balıqlar əsasən Yeni Zelandiyadan idxal olunub. Ümumiyyətlə, hesabat dövründə təkcə bu ölkədən Azərbaycana 1 721,43 mln. dollar dəyərində 688,57 ton dondurulmuş putassu gətirilib.
Dəniz məhsullarının idxalına görə ikinci yeri şirin suda yaşayan dondurulmuş balıq və nərələr tutub – 705,89 ton. Bu balıq növləri ölkəyə Rusiyadan gətirilib.
Qeyd edək ki, yanvar-avqustda Azərbaycana idxal olunmuş dəniz məhsulları əsasən Yeni Zelandiya, Rusiya, İslandiya, Çili, Kanada, Hindistan və Vyetnamdan gətirilib.
Yanvar-avqustda Azərbaycana idxal edilən TOP-10 dəniz məhsulu:
# |
Dəniz məhsulu |
Həcm, ton |
Dəyər, min ABŞ dolları |
Əsas ixracatçı ölkə |
1 |
Dondurulmuş şimal və cənub putassusu |
999,77 |
2 382,42 |
Yeni Zelandiya |
2 |
Şirin suda yaşayan balıq, nərələr |
705,89 |
882,84 |
Rusiya |
3 |
Dondurulmuş skumbriya |
593,16 |
879,2 |
İslandiya |
4 |
Dondurulmuş naqqa |
563,49 |
723,46 |
Vyetnam |
5 |
Dondurulmuş karp |
459,95 |
769,56 |
Rusiya |
6 |
Merluccius cinsli digər balıq merluza |
422,51 |
957,97 |
Kanada |
7 |
Dondurulmuş Atlantik və Dunay qızılbalığı |
399,78 |
1 957,28 |
Çili |
8 |
Təzə və ya soyudulmuş karp |
312,06 |
398,23 |
Rusiya |
9 |
Hisə verilmiş krevetlər |
92,01 |
701,96 |
Hindistan |
10 |
Dondurulmuş Sakit okean qızılbalığı |
65,88 |
297,85 |
Rusiya |
(Apa)