Cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 13,5 faiz artım, içki istehsalında 9,8 faiz, qida məhsullarının istehsalında isə 1,8 faiz azalma müşahidə olunub.
Eləcə də bax: Azərbaycan ət idxalını 10% azaldıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu sahələrin əsas məhsullarından olan kolbasa məmulatları 36,8 faiz, marqarin istehsalı 9,7 faiz, duru bitki yağlarının istehsalı 3 faiz, kərə yağı istehsalı 1,5 faiz artıb, qənd və şəkər tozunun istehsalı isə 23,1 faiz azalıb. (Azərtac)