2023-cü ilin yanvar-may aylarında Azərbaycana kondisioner idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5% - 89,015 min ədədə qədər azalıb.
Azərbaycanda kağız və karton istehsalı 18%-dən çox artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $25 milyon 500,8 min məbləğində (azalma 13,1%) qiymətləndirilir.
Yanvar-may aylarında Azərbaycana $79 milyon 612 min dəyərində (artım 46%) 250,898 min ədəd (artım 75,4%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 29,2% - 84,342 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $20 milyon 229,3 min (artım 30,4%) təşkil edir. (İnterfaks-Azərbaycan)