Bu ilin yanvar-iyun aylarında Azərbaycan 454,45 min ABŞ dolları dəyərində 40 010 ədəd video oyunlar üçün konsollar və avadanlıqlar idxal edib.
Eləcə də bax: Dünyadakı oyun həvəskarlarının sayı açıqlandı - HESABAT
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,8 dəfə artım, həcm ifadəsində isə 10,7% azalma deməkdir.
Ən çox oyun konsolları və avadanlıqları Çindən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 432,94 min dollar dəyərində 39 817 ədəd oyun konsolları və avadanlıqları idxal edib. (Apa)