Dünyada ümumilikdə neçə nəfərin videooyun oynadığı açıqlanıb.
Eləcə də bax: Azərbaycanda hər 3 uşaqdan 1-i hər gün - VİDEO OYUN OYNAYIR
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hesabata görə, dünya əhalisinin 40 faizi oyun oynayır.
Əksəriyyət stresli gündən sonra dincəlmək üçün fərqli əyləncə növləri axtarır. Kimisi kitab oxuyur, kimisi film izləyir, kimisi də videooyun oynayır.
DFC Intelligence-in son araşdırmasında bildirilir ki, 2020-ci ilin ikinci rübünə olan məlumata görə, təxminən 3,1 milyard insan videooyun oynayır. Bu, hər 10 nəfərdən 4-nün oyun oynadığı anlamına gəlir.
Onu da qeyd edək ki, konsol istifadəçiləri azlıq təşkil edir - cəmi 8 faiz.
Maraqlı tərəf burasıdır ki, oyunlara xərclənən vəsaitin adambaşına düşən hissəsində konsol oyunçuları ilk pillədədir.
Oyunçuların 1,5 milyardı (48%) isə kompüterlə oyun oynamağa üstünlük verir.
Oyun həvəskarlarının 1,42 milyardı (53 faiz) Asiyada yaşayır. İkinci yerdə 668 milyon oyunçu ilə Avropa gəlir. İlk üçlüyün sonuncusu isə 644 milyon oyunçu ilə Amerika qitəsidir. (TED)