Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 58 215,03 min. ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.
Eləcə də bax: Bu brendlər Moskvadakı mağazalarını - BAĞLADI
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artıb.
Bu ilin fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 1 945,37 min dollar və ya 9,1% artıb. Mart ayında ölkəyə 23 294,84 min dollar dəyərində geyim əşyaları idxal olunub.
Qeyd edək ki, bu ilin ilk üç ayında geyim əşyalarının və geyim üçün ləvazimatlarının idxalının ümumi idxalda payı 1,99% təşkil edib. (Apa)