Geyim üzrə bir çox dünya brendinin mağazaları bu gün Rusiyanın paytaxtı Moskva şəhərinin ticarət mərkəzlərində işləməyib.
FED.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Eləcə də bax: IKEA Rusiya və Belarusda fəaliyyətini - DAYANDIRIR
Sözügedən mağazalar “Hennes & Mauritz” (H&M), “Incanto”, “Henderson” və “Lacoste”dir. Bildirilir ki, həmin mağazalar Moskvada satışları dayandıracaqlarını elan etməsələr də, mağazalarını bağlayıblar.
Bununla yanaşı, İsveçin mebel və ev əşyaları istehsal edən məşhur IKEA şirkəti də Rusiya və Belarusda öz işini dayandırdığını bildirib. Qeyd olunub ki, buna səbəb Ukraynadakı vəziyyətdir. (Qafqazinfo)