Bu ilin yanvar ayında Azərbaycanın dəyər ifadəsində idxal etdiyi ən dəyərli mal - qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid soba olub.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalarına görə, hesabat ayında Azərbaycan sözügedən sobalardan 46 milyon 698 min dollarlıq (79 milyon 387 min manat) 220 ədəd idxal edib.
Qeyd edək ki, bu kateqoriyaya aid sobalar arasında Azərbaycana gətirilən ən dəyərlisi Almaniyadan olub. Ölkə Almaniyadan 46 milyon 611 min dollarlıq (79 milyon 239 min manat) qeyri-elektrik sənaye və ya laboratoriya kateqoriyasına aid bir soba gətirib ki, bu da idxal olunan malların arasında ən bahalı qeydə alınmış məhsuldur.(apa)