2023-cü ilin yanvar-mart aylarında Azərbaycana siqaret idxalı azalıb.
Əhali bu il içki və siqaretə - 816 MİLYON MANAT XƏRCLƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ölkəyə xaricdən 685.7 min ABŞ dollar dəyərində 33.3 milyon ədəd siqaret gətirilib. 2022-ci ilin 4 ayı ilə müqayisədə siqaret idxalı məbləğ ifadəsində 34.4%, miqdar ifadəsində isə 40.3% azalıb.
Qeyd edək ki, Azərbaycan 2023-ci ilin yanvar-fevral aylarında 4 milyard 703 milyon ədəd papiros və siqaret istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.2% artım deməkdir.
Hazırda 01.05.2023-cü il vəziyyətinə ölkədə 719.8 milyon ədəd hazır siqaret ehtiyatı var.