2023-cü ilin yanvar-may aylarında Azərbaycandan 33 milyon 160 min dollar dəyərində 17 min 994 ton ət idxal olunub.
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 26 milyon 717 min dollar dəyərində 15 min 340 ton ət idxal olunmuşdu. Beləliklə, ət idxalı dəyər ifadəsilə 1,2 dəfə (24,1%), miqdar ifadəsilə 0,9 dəfə (17,3%) artıb. Başqa sözlə idxal göstəricilərində dəyər ifadəsi ilə 6 milyon 443 min dollar, miqdar ifadəsi ilə 2 564 ton artım müşahidə edilib.
Bir ton ətin orta idxal qiyməti 2022-ci ilin 5 ayında 1741 dollar ikən, 2023-cü ilin 5 ayında 1842 dollar olub.
Ətin orta idxal qiyməti son bir ildə 101 dollar, başqq sözlə 5,8% yüksəlib.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.