2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 54 milyon 161 min dollar dəyərində 43 min 338 ton pomidor ixrac olunub.
FED.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 58 milyon 217 min dollar dəyərində 48 min 068 ton pomidor ixrac olunmuşdu. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 1 dəfə (7%), miqdar ifadəsilə 1,1 dəfə (9,8%) azalıb.
Bir ton pomidorun orta ixrac qiyməti 2022-ci ilin 4 ayında 1211 dollar ikən, 2023-cü ilin 4 ayında 1245 dollar olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.