Bu ilin yanvar-iyul aylarında Azərbaycana 46,05 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Eləcə də bax: Yaponiya investoru Azərbaycanın tütün müəssisəsinə - 2,2 MLN. DOLLAR YATIRIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,74 mlyoin ABŞ dolları və yaxud 26,6% azdır.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,78%-ni təşkil edib.
Bu ilin ilk 7 ayı ərzində Azərbaycandan 7,57 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 887 min ABŞ dolları və yaxud 10,5% azdır. (Report)