Türkiyə Dağlıq Qarabağdakı münaqişədə Azərbaycana dəstək olmaq üçün öz hərbi qüvvələrini göndərmək məsələsini nəzərdən keçirə bilər.
Eləcə də bax: “Sonadək Azərbaycanı müdafiə edəcəyik” - Türkiyənin Müdafiə naziri
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin spikeri Mustafa Şentop məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri “işğal olunmuş ərazilərin azad edilməsində” əzmkarlıq göstərməklə müstəqil şəkildə “qələbə qazanmağı” bacardıqlarını sübut ediblər.
“Bu səbəbdən belə bir təklifi irəli sürməyə ehtiyacın olacağını düşünmürəm”, – deyə Mustafa Şentop söyləyib.
Spikerin fikrincə, Türkiyə parlamenti müraciət daxil olduğu təqdirdə, hərbi qüvvələrin göndərilməsi məsələsinə baxmağa hazır olacaq.