Bu ilin yanvar-may aylarında Azərbaycan 13 773 410,51 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
Eləcə də bax: SOCAR: Azərbaycan neft və qazının Avropa bazarına daşınmasına - TƏHLÜKƏ YARANIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, dəyər ifadəsində neftin ixracı 5,07 mlrd. ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycan xam neftinin əsas ixracı İtaliyaya olub. Azərbaycan İtaliyaya 2,4 mlrd. dollar dəyərində 5 791 860,32 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
MDB ölkələri arasında Azərbaycan xam neftinin ixracında əsas pay sahibi Ukrayna olub. Bu ilin beş ayı ərzində Ukrayna Azərbaycandan 185,1 mln. dollar dəyərində 681 097,46 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları idxal edib.
Bu ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları:
# |
Ölkə |
Həcm, ton |
Məbləğ, mln. dollar |
1 |
İtaliya |
5 791 860,3 |
2 410,2 |
2 |
Çin |
1 003 130,1 |
165,2 |
3 |
Hindistan |
773 700,1 |
282,9 |
4 |
İsrail |
719 250,7 |
309,9 |
5 |
Ukrayna |
681 097,5 |
185,1 |
6 |
Xorvatiya |
679 964,5 |
209,7 |
7 |
Yunanıstan |
609 361,3 |
233,2 |
8 |
Çexiya |
391 062,2 |
157,8 |
9 |
Vyetnam |
379 950,6 |
113,1 |
10 |
Portuqaliya |
343 829,9 |
130,7 |
(Apa)