Ermənilərin Tovuzda başladıqları hərbi əməliyyatlar Azərbaycanın bu regiondan keçən neft-qaz kəmərlərinə və həmin məhsulların Avropaya daşınmasına risk yaradıb.
«Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb». FED.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov ABŞ-a məxsus «The Caspian Policy Center» adlı analitik mərkəzdə çıxış edərkən bildirib.
«Röyters»in məlumatına görə, SOCAR vitse-prezidenti Elşad Nəsirov bildirib ki, Azərbaycanın Ermənistanla sərhəd bölgəsində baş verən son olaylardan sonra Avropa bazarına çıxarılan Azərbaycan neft və qazının daşınması risk altına düşüb.
Qeyd edək ki, virtual toplantıda Cənubi Qafqazdakı energetika layihələrinə birbaşa cavabdeh olan ölkələrin və təşkilatların nümayəndələri iştirak edib. Belə ki, görüşə ABŞ dövlət katibinin müavininin enerji diplomatiyası üzrə köməkçisi Kurt Donnelli, zampomohnika administratora USAID-in Asiya üzrə inzibatçısının köməkçisinin müavini Havyer Pyedra, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov, Gürcüstanın energetika inkişafı Fondunun icraçı direktoru Corc Çikovani, BP şirkətinin Amerika ofisinin beynəlxalq əlaqələr üzrə rəhbəri Robert Şer və başqaları qatılıb.
Toplantıda Elşad Nəsirov iştirakçıların diqqətini hərbi əməliyyatların yerinə və vaxtına cəlb edib. SOCAR nümaynədəsi xatırladıb ki, əməliyyatlar bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı (və əsas münaqişə ərazisi olan – FED.az) Dağlıq Qarabağda deyil, buradan xeyli uzaqda olan Azərbaycan Ermənistan sərhədində gedir. SOCAR-ın vitse-prezidenti onu da xatırladıb ki, Azərbaycan qazının Avropaya çatdırılmasına cəmi 3 ay qalıb və məhz bu vaxt Ermənistanın hərbi əməliyyatlara başlaması təsadüfi deyil.
«Görüşdən sonra hamını regionun xəritəsinə baxmağa dəvət edirəm. Siz görərsiniz ki, Azərbaycanın enerji resurslarının qərb ölkələrinə və dünya bazarlarına çıxarılması üzrə infrastrktur bu ərazilərdən keçir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Supsa kəməri, Bakı-Tiflis-Qars dəmiryolu, Bakı-Tbilisi magistralı ermənistanla hərbi əməliyyatların başlandığı ərazinin düz yaxınlığından keçir»- deyə o bildirib.
SOCAR nümayəndəsi Qərb ölkələrinə müraciət edərək onları Azərbaycanın enerji ixracına dəstək verməyə çağırıb: «Görüşdən istifadə edərək, bizim Vaşinqtondakı və digər həmkarları Gəncə dəhlizinin və Transxəzər regionunun təhlükəyə nə qədər həssas olduğu və Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi və fiziki təhlükəsizliyinin təmin edilməsi barədə fikirləşməyə dəvət edirəm».
Qeyd edək ki, Tovuza hücum başlayandan ilk dəfədir ki, Ermənistanın Azərbaycanın tranzit kommunikasiyalarına nəzarəti ələ keçirmək istəyi rəsmi şəkildə dilə gətirilir.