2020-ci ilin birinci yarım ilində Azərbaycan 43 milyon 600 min dollar dəyərində 8 min 779 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Eləcə də bax: Azərbaycan süd idxalını - 38% ARTIRIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 43 min dollar (33,9%) və 2 min 254 ton (34,5%) çoxdur.
Cari hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,87%-ni təşkil edib.
Xatırladaq ki, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 32 milyon 557 min dollar dəyərində 6 min 525 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal etmişdi və bu ümumi idxalının 0,46%-ni təşkil etmişdi.