2020-ci ilin birinci yarım ilində Azərbaycan 9 milyon 502 min dollar dəyərində 5 min 487 ton süd idxal edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, süd idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 458 min dollar (57,2%) və 1 min 504 ton (37,8%) çoxdur.
Qeyd edək ki, cari hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,2%-ni təşkil edib.
Xatırladaq ki, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 6 milyon 44 min dollar dəyərində 3 min 983 ton süd idxal etmişdi.