Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 982,1 min ton kartof istehsal olunub.
Eləcə də bax: Azərbaycan balıq və dəniz məhsullarının idxalını azaldıb, ixracını artırıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,6% artıb. Hesabat dövründə ölkədə 56,9 hektar sahədə kartof əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisinə bərabərdir.
Yanvar-sentyabr aylarında Azərbaycandan 33 755,8 min ABŞ dolları dəyərində 81 320,7 ton kartof ixrac olunub ki, bu da ötən ilin 9 ayının göstəricisini müvafiq olaraq 25,8% və 31,8% üstələyir.
Qeyd olunan dövr ərzində ölkəyə 28 168,3 min dolları dəyərində 104,3 min ton kartof idxal olunub. Bu göstərici dəyər baxımından 1,1%, həcm baxımından isə 4,6% artıb. (Apa)