2022-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 13 milyard 53,6 milyon manat məbləğində vəsait yönəldilib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,2% çoxdur.
Azərbaycanda geyim, borular, avtomobil hissələri və dərmanlar bahalaşıb – RƏSMİ
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 14,7% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 24,5% artıb.
İstifadə olunmuş vəsaitin 7 milyard 161,1 milyon manatı və ya 54,9%-i məhsul istehsalı sahələrinə, 5 milyard 69,1 milyon manatı (38,8%-i) xidmət sahələrinə, 823,4 milyon manatı (6,3%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 972,6 milyon manatını və ya 22,8%-ni xarici, 10 milyard 81 milyon manatını və ya 77,2%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 596,1 milyon manatı və ya 73,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb. (İnterfaks-Azərbaycan)