2020-ci ildə Azərbaycan Gürcüstandan 585,3 min ABŞ dolları dəyərində 142 010 litr təbii üzüm şərabı idxal edib.
Eləcə də bax: Azərbaycan Gürcüstandan dondurulmuş ət idxalını - Kəskin Artırıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, bu, illik illik müqayisədə 6 061 litr və yaxud 4,45% çoxdur.
Ötən il qonşu ölkədən Azərbaycana ümumi dəyəri 324,1 min ABŞ dolları olan 340 311 litr pivə də ixrac olunub ki, bu da 2019-cu ilin eyni göstəricisindən 10 654 litr və yaxud 3% azdır. (Report)