2020-ci ildə Azərbaycan Gürcüstandan 10,7 milyon ABŞ dolları dəyərində 2 500 ton dondurulmuş mal əti idxal edib.
Eləcə də bax: Azərbaycan Gürcüstandan avtomobil idxalını - Azaldıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, bu, illik müqayisədə 1 972 ton və yaxud 4,7 dəfə çoxdur.
Ötən il qonşu ölkədən Azərbaycana ümumi dəyəri 3,1 milyon ABŞ dolları olan 1 228,6 ton dondurulmuş balıq da ixrac olunub. 2019-cu illə müqayisədə qida məhsulunun həcmində 1 123,1 ton və ya 11,6 dəfə artım qeydə alınıb.(Report)