Bu ilin yanvar-iyun aylarında Azərbaycan 55,95 mln. ABŞ dolları dəyərində 9 125,03 ton qabıqlı və qabıqsız meşə fındığı ixrac edib.
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12,64 mln. dollar və ya 18,4%, həcm ifadəsində isə 3 445,1 ton və ya 27,4% azdır.
Ölkə ən çox qabığı təmizlənmiş meşə fındığı ixrac edib. Hesabat dövründə 54,48 mln. dollar dəyərində 8 579,87 ton qabıqsız fındıq ixrac olunub ki, bu da illik müqayisədə dəyər ifadəsində 19,7%, həcm ifadəsində isə 29,9% azalıb.
Ümumiyyətlə, Azərbaycandan ən çox fındıq Rusiyaya ixrac edilib. Yanvar-iyun aylarında Azərbaycan bu ölkəyə 24,73 mln. dollar dəyərində 4 293,14 ton fındıq ixrac edib. İxracda ikinci ən yüksək paya İtaliya sahib olub. Bu ölkəyə Azərbaycan 14,72 mln. dollar dəyərində 2 100 ton qabıqsız meşə fındığı ixrac edib. İtaliyanın ardınca gələn Almaniya isə Azərbaycandan 6,31 mln. dollar dəyərində 871,46 ton fındıq idxal edib.
"apa"