COVID-19 pandemiyasının başladığı 2020-ci ilin mart ayından bu ilin aprelinədək (1 il) Azərbaycan əhalisi ölkənin pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 873,7 mln. manat xərcləyib.
Eləcə də bax: I rübdə Azərbaycana əczaçılıq məhsullarının idxalı - 30% Artıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, təkcə cari ilin yanvar-mart aylarında istehlakçılar sözügedən məhsullara 216,1 mln. manat xərcləyib ki, bu da illik müqayisədə 49,3% çoxdur.
Qeyd edək ki, təkcə mart ayında satışların həcmi 77,7 mln. manat təşkil edib, bu da fevral ayı ilə müqayisədə 11,5% çoxdur. Sözügedən dövr ərzində (2020-ci ilin mart ayından 2021-ci ilin aprel ayınadək) əczaçılıq məhsullarına xərclərin pik nöqtəsi dekabrda (104,2 mln. manat), ən aşağı səviyyəsi isə 2020-ci ilin mart ayında qeydə alınıb (53,4 mln. manat). (Apa)