Bu ilin yanvar-mart aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində içkilər və tütün məhsullarına 548,8 mln. manat xərcləyib.
Eləcə də bax: Azərbaycan əhalisi martda ərzaq məhsullarının alışını kəskin artırıb - QRAFİK
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 9,1% və ya 46 mln. manat artıb.
Cari ilin mart ayında satışların həcmi 167,9 mln. manat təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 8,8% və ya 16,3 mln. manat azdır. Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,8%-i içkilər və tütün məhsulların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisinə nisbətdə 0,3 faiz bəndi çoxdur. (Apa)