Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 4 628,8 mln. manat xərclənib.
Eləcə də bax: Azərbaycanda əhalinin ərzaq məhsullarının alışı doqquzaylıq minimuma enib - QRAFİK
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarınaa görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.
Təkcə mart ayında əhali ərzaq məhsullarına 1 804,7 mln. manat xərcləyib ki, bu da fevral ayı ilə müqayisədə 33,1% artıb. Bu rəqəm cari il qeydə alınan ən yüksək aylıq göstəricidir. (Apa)