Bu ilin yanvar-avqust aylarımda Azərbaycan 30,8 milyon ABŞ dolları dəyərində 44,5 min ton düyü idxal edib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 milyon dollar (15%) və 12 min ton (37,05%) çoxdur.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.