2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 174,5 mln. manatlıq məhsul istehsal edilib.
Eləcə də bax: Azərbaycana geyim idxalı – 4 DƏFƏYƏ YAXIN AZALIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-may ayları ilə müqayisədə toxuculuq sənayesində 1,6%, geyim istehsalında 13% artım, dəri və dəridən məmulatlarının, ayaqqabıların istehsalında isə 37,2% azalma müşahidə olunub.
Bu ilin ilk beş ayında 35 154,5 ton pambıq lifi və 12 664,1 min kv.m hazır pambıq parçalar buraxılıb ki, bu da 2019-cu ili analoji dövrü ilə müqayisədə müvafiq olaraq 7,2% az və 60,1 % çoxdur. Bundan əlavə hesabat dövründə 691,5 kv.m xalça və xalça məmulatları istehsal olunub ki, bu da illik müqayisədə 41,7% azalma deməkdir.
Geyim məhsullarının buraxılışı:
Geyim məhsulları |
2020-ci ilin yanvar-may aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq aylarına nisbətən, % |
Üst geyim, min ədəd |
73,0 |
56,8 |
Alt geyim, min ədəd |
162,2 |
58,8 |
Digər trikotaj məmulatları, min ədəd |
30,9 |
2,5 dəfə |
Corab məmulatları, min cüt |
1 298,3 |
2,3 dəfə |
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd |
200,5 |
2,1 dəfə |
Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd |
917 |
68,6 |
Apa